Türkiyədə dəhşətli qəza

13 Oktyabr 2013 19:01 (UTC+04:00)
Hadisə zamanı 4 nəfər həlak olub, 3-ü uşaq olmaqla 4 nəfər isə ağır yaralanıb
Türkiyədə dəhşətli qəza baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çorumda qeydə alınan hadisə zamanı İstanbuldan Amasya şəhərinə yola düşən mikro avtobus mayallaq aşıb. Hadisə zamanı 4 nəfər həlak olub, 3-ü uşaq olmaqla 4 nəfər isə ağır yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Ölənlərin meyitləri isə araşdırmalar üçün istintaqa göndərilib.

Bayram tətili üçün yola çıxan avtomobil Osmancıq mahalındakı Osmancıq-Tosya magistralının 20-ci kilometrliyində qəzaya uğrayıb.


AzNews.az