Həcc ziyarətində Kürdüstan siyasəti

14 Oktyabr 2013 07:45 (UTC+04:00)
3 milyon insanın ibadətdə olduğu Həcc ziyarətində zəvvarlardan bəzilərinin ibadəti siyasətlə qarışdırdıqlarının görüntüsü ortaya çıxıb.

Türkiyənin "Radikal" qəzetinin əməkdaşı Ömər Şahin olduqca ilginç bir görüntünü yayıb. Səudiyyə Ərəbistandında Həcc ziyarəti zamanı bəzi zəvvarlar üzərində "Kürdüstan" yazılmış paltarlarla diqqəti çəkib.

Həcc ziyarətinin qaydalarına əsasən heç bir zəvvar geyimi ilə başqalarından fərqlənmədiyi halda həmin qrupun ziyarət zamanı üzərində "Kürdüstan" yazılmış geyimlərlə dolaşması maraq doğurur.

Elnur
AzNews.az