34 yaşlı kişi intihar etdi

14 Oktyabr 2013 07:50 (UTC+04:00)
Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan verilən məlumata görə, Ürgə kənd sakini 1979-cu il təvəllüdlü Həsənov Qədir Həsənağa oğlu özünü yaşadığı evdə asıb. 34 yaşlı kişinin intihar səbəbi hələlik məlum deyil.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.(lent.az)

AzNews.az