İmişlidə ölümlə nəticələnən yol qəzası baş verdi

14 Oktyabr 2013 08:02 (UTC+04:00)
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, oktyabrın 13-də günorta saatlarında İmişli-Qaradonlu avtomobil yolunun 8-ci kilometrliyində, Çahar kəndinin ərazisində Naxçıvan sakini, 32 yaşlı Elnur Hacıyev idarə etdiyi "Mitsibushi-Pikap" markalı, 10 PK 372 dövlət nömrə nişanlı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - Neftçala sakinləri, 26 yaşlı Ülvi İsayev və 24 yaşlı Əkbər Miriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib. Qəzaya düşənlərin Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun tikintisini aparan "Kolin" şirkətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az