Gənc qızın qışqırığı Bakını qarışdırdı – VİDEO (Eksklüziv)

14 Oktyabr 2013 09:17 (UTC+04:00)
Dünən günorta saatlarında paytaxtın Bakıxanov körpüsünün yaxınlığındakı ərazidə qəribə hadisə baş verib. Adı məlum olmayan gənc qız küçədə sevgilisi ilə gəzərkən gözlənilmədən huşunu itirib. Özünə gəldikdən sonra isə qışqırmağa və bərkdən ağlamağa başlayan gənc qızı sakitləşdirmək mümkün olmayıb.

AzNews.az əməkdaşı xəbər verir ki, sevgilisi yoldan keçənlərin yardımı ilə gənc qızı özünə gətirməyə çalışsa da bu, mümkün olmayıb. Hadisə yerinə təcili yardım çağırılıb və qız xəstəxanaya aparılıb.

Gənc qızın spirtli içki və ya hansısa maddənin təsiri altında olduğu güman edilir.




Ramin
AzNews.az