Bakıda xarici vətəndaşın meyiti tapıldı

14 Oktyabr 2013 10:09 (UTC+04:00)
Bakı şəhərinin Nəsimi rayonu ərazisində Türkiyə vətəndaşının meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 00:30 radələrində Hüseynbala Əliyev küçəsi ev 2, mənzil 22 ünvanında Türkiyə Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Tekin Dursunun meyiti tapılıb. İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

Oxşar hadisə Nəsimi rayonunun Süleyman Rüstəm küçəsində də baş verib. Həmin küçədəki 72 saylı evdə, Ukraynada anadan olmuş 1990-cı il təvəllüdlü Balayev Ramin Tofiq oğlunun meyiti tapılb.

Hər iki faktla bağlı araşdırmalar aparılır. T.Dursun və R.Balayevin ölüm səbəblərinin müəyyən edilməsi istiqamətində iş aparılır.

AzNews.az