Bayram günlərinə olan hava proqnozu

14 Oktyabr 2013 11:05 (UTC+04:00)
Qurban bayramı günü Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 15-də cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-13, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə oktyabrın 15-də yağış yağacağı, qərb küləyi əsəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Dağlarda havanın temperaturunun gecə 0,5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

AzNews.az