Tikintidə faciə: 2 fəhlə binadan yıxılaraq öldü

14 Oktyabr 2013 11:38 (UTC+04:00)
Bakının Binəqədi rayonu ərazisində 2 nəfər çoxmərtəbəli binadan yıxılaraq ölüb.AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 12-də Mehdiabad qəsəbəsinin ərazisindəki Gənclər Şəhərciyində tikilməkdə olan binada, orada işləyən Asəf Ələkbərov ehtiyatsızlığı nəticəsində 4-cü mərtəbədən yıxılaraq ölüb.

Oxşar hadisə Binəqədi rayonu H.Babaşov küçəsindəki 9 mərtəbəli binada da baş verib. Həmin binada təmir işləri aparan Zaqatala rayon sakini Nurbəy Şabanov 9-cu mərtəbədən yıxılaraq ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az