Nazirlikdən doktorantura ilə bağlı açıqlama

14 Oktyabr 2013 15:00 (UTC+04:00)
Təhsil Nazirliyi "2013-2014-cü tədris ili üçün doktoranturaya sənəd qəbulunun tarixləri və imtahan günləri dəqiqləşdirilibmi" sualına aydınlıq gətirib. Nazirlikdən verilən məlumata görə, 2013-cü il üzrə doktoranturaya qəbul imtahanlarının vaxtı qəbul planları təsdiq edildikdən sonra müəyyənləşdiriləcək və bu barədə KİV-ə müvafiq məlumatlar veriləcək.

Nazirliyin məlumatına görə, bu il doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb və doktoranturaya qəbul Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na uyğun olaraq ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən həyata keçiriləcək.

AzNews.az