“Elə ifritədir ki, ünsiyyətdən 2 dəqiqə sonra...” – Emin Ağalarov

14 Oktyabr 2013 15:08 (UTC+04:00)
Bu ilin noyabrında Moskvada "Kainat gözəli-2013" müsabiqəsi keçiriləcək. Müsabiqə tarixində ilk dəfə olaraq iştirakçılar Rusiyada tac uğrunda yarışacaqlar.

"Crocus City Hall"ın konsert zalında keçiriləcək müsabiqə ərəfəsində Rusiyanın Woman.ru saytı Emin Ağalarovla müsahibə götürüb. Sayt xatırladıb ki, bütöv bir biznes imperiyası Emin Ağalarovun çiynindədir. İndi isə bunun üzərinə bir də kainat gözəli müsabiqəsi əlavə olunub.


- Siz çox layihələrlə məşğul olursunuz. Bu qədər gücü hardan tapırsız?

- Mənim məşğul olduğum hər şey mənim üçün maraqlıdır. Buna görə də heç bir layihəm mənim üçün yük deyil.

- "Kainat gözəli" müsabiqəsini keçirmək ideyası haradan yarandı?

- Mən bunu böyük hadisələrdən biri hesab edirəm. Məsələn, Olimpiada, futbol üzrə dünya çempionatı, Avroviziya kimi. "Kainat gözəli" adətən dövlət dəstəyi ilə keçirilir, ancaq mən bu məsələ ilə maraqlandıqca başa düşdüm ki, bu müsabiqəni öz gücümüzlə də keçirə bilərik.

- Donald Tramp sizin müraciətə necə reaksiya verdi?

- Düzünü desəm, Tramp bu müsabiqəni çoxdan Rusiyada keçirmək istəyirdi, ancaq tərəfdaş tapa bilmirdi. Biz tanış olduqdan sonra onun komandası Moskvaya gəldi, "Crocus City Hall"a baxış keçirdi. Donalda dedilər ki, belə bir zalla rastlaşmayıblar. 2013-cü il üçün "Kaninat gözəli" müsabiqəsinin keçirilməsi üçün 17 ölkə iddialı idi. Ancaq məhz bizi seçdilər.

- Sizin fikrinizcə, dünyanın ən gözəl qızları hansı ölkədə yaşayır?

- Rusiyada. Bu tam dəqiqdir.

- Bəs o zaman rusiyalı qızın "Kainat gözəli" müsabiqəsində ancaq bir dəfə uğurla nəticələnib, uğur davamlı olmayıb?

- Biz bu stereotipi sındırmalıyıq. Məhz onunla ki, müsabiqə Rusiyaya gəlib. Noyabrda müsabiqənin təşkilatçıları, o cümlədən cənab Tramp Rusiyaya gələcək. Ümid edirəm ki, Rusiyanın 2013-cü il gözəli olan Elmira Abdrazakova finalçılar sırasında olacaq.

- Necə düşünürsüz, onun tacı alması mümkündür?

- Təcrübə göstərir ki, qızların gözəllik müsabiqəsində qalib gəlməsi üçün bir çox kriteriyalar var. Bu təkcə xarici görünüş deyil. Davranış qaydaları, podiumda hərəkət və bir çox başqa amillər var. Mən Elmira ilə "Salam, mənim adım Emindir, çox şadam" səviyyəsində tanışam. Buna görə də onun özünü səhnədə necə aparacağını söyləmək çətindir. Ancaq mənə elə gəlir ki, onun qələbəyə şansı var.

- Sizin fikrinizcə, qadını daha çox gözəl edən nədir?

- Çətin sualdır. Yəqin ki, xarici və daxili gözəlliyin sintezi, ünsiyyət bacarığı, tərbiyə, enerji. Ola bilsin ki, qız xarici görünüşünə görə çox gözəldir, ancaq elə ifritədir ki, ünsiyyətdən 2 dəqiqə sonra özünü eybəcər edir. Bunun tərsi də ola bilər.

- Qadında gözəllik yoxdursa, ağıl daha vacibdir?

- Qızıl orta olmalıdır.

- Sizin iki klipinizdə 2012-ci ilin "Kainat gözəli" Oliviya Kalpo çəkilib. Dünyanın ən gözəl qızı ilə işbirliyi necə keçdi?

- Oliviya əsl peşəkardır. İndi isə məni hər şeydə dəstəkləyən dostdur. Donald Tramp onu həmişə tərifləyir, deyir ki, "Kainat gözəli" müsabiqəsinin bütün qalibləri arasında o hamıdan daha münasibidir. Kalponun kaprizləri yoxdur. Məsələn, əgər hava soyuqdursa və çəkiliş yubanırsa, o heç vaxt şikayətlənmir. Onunla işləmək çox asandır.

- Çoxları diqqət yetirib ki, siz "Amor" klipinin ingilisdilli versiyasında Enrike İqlesasa bənzəyirsiz. Bu bənzətməyə necə yanaşırsız?

- Əgər mənə desəydilər ki, Fredii Kryuqerə bənzəyirəm, mən inciyərdim. İndi isə yox.

- Siz bizneslə yaradıcılığı necə uzlaşdırısız? Hansı birinci yerdə dayanır?

- Mən bu iki anlayışı bir-birindən fərqləndirmirəm. Biznes həmişə mənim üçün yaradıcılıqdır, musiqi isə lazım olanda biznes olur.

- Musiqidə kumiriniz var?

- Əlbəttə. Müslüm Maqomayev.

- Bəs həyatda?

- Atam. O, planetdə mənim insanlara münasibətimdə etalondur. O məni indiyə qədər heç zaman məyus etməyib.

– Sizin barədə heç kəsin bilmədiyi bir neçə maraqlı faktı sadalaya bilərsiz?

- Mən motosikletləri sevirəm, ancaq nadir hallarda onlarla gəzirəm. Moskvada velosipedlə gəzirəm. Viktor Soyun yaradıcılığını sevirəm.

- Rusiya qadınlarına nə arzulayırsiz?

- Xoşbəxt və sevimli olmağı. Mənə elə gəlir ki, qadını sevəndə o sanki çiçək açır.

Elnarə
AzNews.az