Şəmkirdə avtomobil aşaraq yandı, yaralılar var

14 Oktyabr 2013 15:12 (UTC+04:00)
Şəmkirdə yol qəzası baş verib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 13-də Şəmkir rayonunda (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğın baş verib.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Hadisə zamanı avtomobilin sürücüsü və avtomobildə olan 3 sərnişin müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az