Elmar Məmmədyarov Braziliyanın yeni səfirini qəbul etdi- FOTO

14 Oktyabr 2013 16:20 (UTC+04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Santyaqo Alsazarı qəbul edib.

XİN mətbuat xidmətindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov Santyaqo Alsazarı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə son illər iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub və mövcud əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Braziliyalı səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminlik ifadə edib.

AzNews.az