Kilidlənmiş qapı arxasında qalan xəstə xilas edildi

14 Oktyabr 2013 22:23 (UTC+04:00)
AzNews.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər xəstə olduğu üçün mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda köməksiz vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:47-də başa çatıb.

AzNews.az