Ailə faciəsi: ata iki uşağını öldürdü,intihara cəhd etdi- Foto

15 Oktyabr 2013 08:15 (UTC+04:00)
Fransanın Bordo şəhərində əsəb gərginliyi keçirən mülliyyətcə türk Osman Çimen, ailəsinə əsl faciə yaşadıb.

O.Çimen evində heç bir səbəb olmadan saxladığı tapança ilə atəş açaraq 2 uşağını öldürüb, yoldaşını və 1 qızını da ağır yaralayıb. Öz əməllərindən dəhşətə gələn ata sonra əlindəki tapança ilə özünə atəş açaraq intihara cəhd edib.

Qonşularının telefon zəngi ilə hadisə yerinə gələn polis və həkim briqadası başından ağır yaralanan Çimeni təcili xəstəxanaya yerləşdirib.

Məlumata görə, Osman Çimen Türkiyənin Yalvaç mahalında doğulub və Bordo şəhərində fəaliyyət göstərən tikinti şirkətlərinin birində işləyir.

Bordo şəhər polisi hadisə ilə bağlı cinayət işi açıb və hadisənin baş vermə səbəblərini araşdırır.(anspress)

AzNews.az