Toydan qayıdan kişini sürücü bıçaqladı- Foto

15 Oktyabr 2013 09:36 (UTC+04:00)
Ötən gün gecə saatlarında Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Abulbəyli kənd sakini 36 yaşlı Rövşən Həsənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Zərərçəkənin bildirdiyinə görə, onu bıçaqlayan şəxs tanımadığı avtomobil sürücüsü olub. Yolda hərəkətdə olan Rövşən Həsənov qarşıdan gələn avtomobilin onun güzünə işıq saldığını əl işarəsi ilə bildirən zaman əsəbləşən sürücü avtomobildən düşüb, ona bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkənin atası Çingiz Həsənov isə oğlunun oktyabrın 14-də Tovuzda toy şənliklərindən birində iştirak etdiyini və hadisənin də məhz bundan sonra baş verdiyini bildirib. Onu da qeyd edək ki, zərərçəkən Rövşən Həsənov bir neçə il Rusiyada yaşayıb. Təxminən 2 il olar ki, vətəninə qayıdaraq taksi fəaliyyəti ilə məşğul olur. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.(milli.az)

AzNews.az