Məşhur diktorun səhhəti pisləşdi- Özəl

15 Oktyabr 2013 09:49 (UTC+04:00)
Məşhur diktor, kino redaktoru, Azərbaycanın Xalq artistı Rafiq Hüseynovun səhhətində problemlər yaranıb.

AzNews.az-a daxil olan məlumata görə, məşhur diktorun ayaqları tutulub.

Qəflətən halı pisləşib, yatağa düşən diktor həkim müayinəsi altındadır. Hələlik müayinələr zamanı R.Hüseynovun ayaqlarının tutulması səbəbini müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, tanınmış aparıcı 1946-cı ildə Şuşa şəhərində doğulub. Diktor, kino redaktoru kimi tanınan R.Hüseynov həm də aktrisa Leyli Hüseynlinin atasıdır.

Onun kino redaktoru kimi "Şəki", "Ölü zona", "Fəryad", "Narahat adam", "Biz qayıdacağıq" və s. filmlərin ərsəyə gəlməsində rolu olub.

Aygün
AzNews.az