Son 10 ilin ən güclü tayfunu yaxınlaşır

15 Oktyabr 2013 11:59 (UTC+04:00)
Yaponiya sahillərinə "Vipxa" tayfunu yaxınlaşır.

Bu, son 10 ilin ən güclü tayfunudur. Qadın adı verilən bu qasırğa sabah Yaponiyaya çatacaq. Qasırğa güclü külək və yağışlarla müşahidə olunacaq.

Meteoroloqların ehtimallarına görə, ölkəyə sutka ərzində 350 mm yağıntı düşəcək.(milli.az)

AzNews.az