Hər beş çinlidən biri xəstəlikdən əziyyət çəkir

15 Oktyabr 2013 14:00 (UTC+04:00)
Çində 266 milyon nəfər, yəni ölkə əhalisinin hər beş nəfərindən biri hipertoniya və ya yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkir.

Çinin Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzinin məlumatına görə, hipetroniklərin 40 faizi bu xəstəliyə tutulduqlarından xəbərsizdir və onların cəmi 25 faizi müalicə alır.

Yüksək qan təzyiqi infarkt, ürək çatışmazlığı və digər arterial xəstəliklər üçün əsas risk amilidir. Mütəxəssislər hesab edirlər ki, Çində son illər arterial xəstəliklər ciddi problemə çevrilib.(anspress)

AzNews.az