Milli Şura yenidən mitinq təyin etdi
15 Oktyabr 2013 12:45 (UTC+04:00)
Dünən Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bu barədə apa-ya Müsavat Başqanının müavini Gülağa Aslanlı məlumat verib.
Onun sözlərinə görə, mitinqin oktyabrın 20-də Bakının Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda saat 16.00-dan 18.00-dək keçirilməsi nəzərdə tutulub.
AzNews.az