“Facebook” İsrailin startapını satın alır

15 Oktyabr 2013 16:20 (UTC+04:00)
"Facebook" sosial şəbəkəsi mobil məlumatlar əsasında müxtəlif analitik hesabatların generasiyası üçün proqram həlləri yaradan İsrailin "Onavo" startapını satın alır.

Məlumata əsasən, "Facebook" həm İsrail şirkətinin texnologiyaları, həm də onun heyəti üzərində hüquqa malik olacaq. İsrail şirkətinin heyəti artıq bu gündən "Facebook"un Kaliforniyadakı proqramçılarına qoşulur.

Onavo struktur cəhətdən "Facebook"un İsrail ofisinin tərkibinə daxil olacaq.

Xatırladaq ki, "Onavo" şirkətinin əsası 2010-cu ildə qoyulub və o vaxtdan mobil analitika sahəsindəki həllər üzrə ixtisaslaşıb.(ictnews)

AzNews.az