Bakı-Qazax yolunda “Mercedes“ aşıb

15 Oktyabr 2013 22:09 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,
Bakı-Qazax yolunun 274-cü kilometrliyində Ağdaş rayonu ərazisində "Mercedes" markalı yük avtomobili aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücü avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 22:05-də başa çatüb

AzNews.az