MSK sədrindən ATƏT-in hesabatına reaksiya

16 Oktyabr 2013 16:18 (UTC+04:00)



Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatına münasibət bildirib.

M.Pənahov MSK-nın bu gün keçirilən iclasında DTİHB-nin missiyası öz gördüyünü qoyub başqasını yazdığını bildirib:

"Biz neçə ildir deyirik ki, bu missiyanı belə gülünc vəziyyətə salmayın. Artıq Büroya hər kəs gülür. Onlar Avropada müxtəlif tədbirlərdən izolyasiya olunublar".

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyası bir qayda olaraq qərəzli mövqe nümayiş etdirən ATƏT/DTİHB ilə gələcəkdə əməkdaşlıq edilməsi məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qaldığını bəyan etmişdi.

AzNews.az