Suriyada tükürpərdən fətva

16 Oktyabr 2013 19:09 (UTC+04:00)
Əhalinin qıtlığa məruz qaldığı bölgələrdə eşşək, it və pişik ətinin yeyilməsinə icazə verilib
Bir neçə ildir vətəndaş müharibəsinin davam etdiyi Suriyada tükürpərdən fətva verildi. ANS PRESS "Cihan"a istinadən xəbər verir ki, əhalinin qıtlığa məruz qaldığı bölgələrdə eşşək, it və pişik ətinin yeyilməsinə icazə verilib. Məlumata görə, Əsəd qüvvələri tərəfindən bombardıman və mütəmadi atəşin davam etdiyi bölgələrə ərzaq çatdırılması bir çox hallarda mümkünsüzdür. Bu isə öz növbəsində mühasirədə qalan insanların aclıqdan ölüməsi ilə nəticələnir.

Qeyd edək ki, beynəlxalq humanitar yardım quruluşları bölgəyə ərzaq yardımı aparsa da bunu ehtiyac sahiblərinə çatdıra bilmirlər.

AzNews.az