Azərbaycanlı terrora cəhddə şübhəli bilinənlərin arasında

16 Oktyabr 2013 21:52 (UTC+04:00)
London polisi terror törətməyə cəhddə şübhəli bilinən dörd Britaniya vətəndaşını saxlayıb.

"Qafqazinfo" "BBC-yə istinadən xəbər verir ki, saxlanılanlar Britaniya vətəndaşları olan Türkiyə, Əl-Cəzayir, Azərbaycan və Pakistan əsilli şəxslərdir.

Saxlanılan şəxslər Nayrobi və Mumbayi şəhərlərindəki ticarət mərkəzlərindəkinə bənzər terror aktları törətməyə cəhddə ittiham olunurlar.

Hazirda polis bir neçə ərazidə axtarışlar aparır.

AzNews.az