NTV-nin son hadisələrlə bağlı qərəzli buraxılışı - Video

16 Oktyabr 2013 22:00 (UTC+04:00)
Rusiyada qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı həbs-qətimkan tədbirinin seçilməsi mümkün olmayıb. Buna Orxanın rus dilini bilməməsi və tərcüməçi tələb etməsi səbəb olub. Onun istintaqa verdiyi ifadəsinin videogörüntülərindən də hiss olunur ki, rus dilində səlis danışa bilmir, yalnız fikrini çatdıra bilir.

Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin isə başqa mövqedədir. İstintaqın təmsilçisi müsahibəsində qərəzini ortaya qoyub. Onun NTV telekanalına verdiyi məlumata görə, bu cür adamlarla tez-tez rastlaşırlar: "Rusiyada gözəl yaşamaq, sərbəst hərəkət etmək, öz məsələlərini həll etmək üçün rus dili biliyi kifayət edir, əməllərinə görə cavab verəndə isə qəfildən rus dilini unudurlar".



AzNews.az