103 yaşlı bəy və 99 yaşlı gəlin - Foto

17 Oktyabr 2013 08:22 (UTC+04:00)
Paraqvayda 80 ildir birlikdə yaşayan cütlüyün həyatında əlamətdar hadisə baş verib.

103 yaşlı Xose Manuel Riella 99 yaşlı Martina Lopezlə dini nikaha girib.

Riella gəlinlik geymiş Lopezə sevgi andı içib. Nikah mərasiminə onların 8 övladı, 50 nəvəsi, 35 nəticəsi və 20 kötücəsi qatılıb.

Qeyd edək ki, Xose Riella və Martina Lopez birlikdə yaşamağa başladıqdan sonra, yəni 50 il əvvəl rəsmi nikah bağlamışdı. Lakin katolik inancının üstünlük təşkil etdiyi Paraqvayda dini nikah daha əhəmiyyətli hesab edilir.(axsam.az)


AzNews.az