MSK-nın növbəti iclası keçiriləcək

17 Oktyabr 2013 08:35 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək. İclasda Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın protokolu tərtib edilərək Komissiya üzvləri tərəfindən imzalanacaq. Sonra nəticələr təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.

AzNews.az