Fizuli Ələkbərovla görüşmək istəyənlərin nəzərinə

17 Oktyabr 2013 08:58 (UTC+04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov növbəti dəfə oktyabrın 18-də respublikanın Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

Məlumatda deyilir ki, qəbul zamanı bölgədə yerləşən rayonların (Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Goranboy, Naftalan) 70 nəfərdən artıq sakininin "Açıq qapı" şəraitində müraciətləri dinləniləcək. Bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, müvafiq tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.

Qəbulda, həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özündəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.

AzNews.az