Özəl qəbristanlıqların yaradılması nəzərdə tutulur

17 Oktyabr 2013 09:18 (UTC+04:00)
Türkiyədə Şəhərsalma Nazirliyinin hazırladığı yeni qanun layihəsinə əsasən, ölkədə özəl qəbristanlıqların yaradılması nəzərdə tutulur.

Məlumata əsasən, özəl qəbristanlıqların yaradılması bələdiyyə ərazilərinə məxsus qəbristanlıqlarda sıxlığın olması və qəbir qiymətlərinin yüksək olması ilə bağlıdır.

Hazırlanan yeni qanun layihəsinə əsasən, qəbristanlıqların şəhər kənarlarına çıxarılması da nəzərdə tutulur.

Qəzetin məlumatına görə, Türkiyənin bir çox böyük şəhərlərində bir qəbirin qiyməti 10 mindən 50 min TL-dək dəyişə bilər.(trend)


AzNews.az