Akkreditə olunan orta məktəblər- SİYAHI

17 Oktyabr 2013 09:26 (UTC+04:00)
Təhsil Nazirliyi tədris illəri üzrə akkreditə olunan orta ümumi təhsil müəssisələrinin siyahısını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, 2012-2013-cü tədris ilində akkreditə olunmuş orta ümumtəhsil müəssisələrinin sayı 7-dir.

Nazirlik tərəfindən Bakı şəhəri E. Tağızadə adına 164 nömrəli tam orta məktəb, Lənkəran şəhər 4 nömrəli Humanitar fənlər təmayüllü məktəb-lisey, Lənkəran şəhər 6 nömrəli məktəb-lisey, Quba şəhər A.Məmmədov adına 2 nömrəli təbiət fənlər təmayüllü məktəb-lisey, Bakı şəhər 225 nömrəli tam orta məktəbi, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyi, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbləri akkreditasiyadan keçib.

AzNews.az