Orxan Zeynalova görə azərbaycanlı biznesmenlər hədələnib

17 Oktyabr 2013 09:40 (UTC+04:00)
Rusiyada Yeqor Şerbakovun qətlində ittiham edilən Orxan Zeynalovun saxlanılmasında Azərbaycan diasporunun nümayəndələri rol oynayıb.

Bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb.

"Kommersant"ın yazdığına görə, Rusiya Federal Təhqiqat Bürosunun əməkdaşları Azərbaycanın Rusiyadakı diasporunun nüfuzlu nümayəndələri ilə əlaqə yaradıb.

Qəzet iddia edir ki, FTB-nin əməkdaşları Orxan Zeynalov tapılmayacağı təqdirdə biznesmenlərin Rusiyada problemlərlə üzləşəcəyini bildiriblər. Bundan sonra biznesmenlər həmyerlilərini xəbərdar ediblər ki, Orxanı gizlədəcəkləri təqdirdə onlara dəyəcək maddi ziyana görə həmin şəxslərdən hesab soruşacaqlar.

Bu xəbərdarlqıdan qısa müddət sonra hüquq-mühafizə orqanlarına O.Zeynalovun harada saxlandığı barədə məlumat daxil olub.

Elnur
AzNews.az