Anar Niftəliyev ekspertizanın yekun rəyindən danışdı

17 Oktyabr 2013 12:51 (UTC+04:00)
Sentyabrın 20-də Bakıdakı "MediSina" klinikasında süd vəzi kanalındakı əməliyyata hazırlıq zamanı dünyasını dəyişmiş tənqidçi Elnarə Tofiqqızının ölümünün səbəbi ilə bağlı yekun ekspertiza rəyinin vaxtı açıqlanıb.

Mərhumun həyat yoldaşı, jurnalist Anar Niftəliyev "Media forum" saytına deyib ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyi Mərkəzi Aparatının rəhbəri Ceyhun Allahverdiyevdən məlumat alıblar: "O bildirir ki, ölüm faktı ilə bağlı ilkin rəyi hadisədən bir gün sonra açıqlayıblar, tibbi-yoxlama və analizlər davam etdirilir və yekun rəy qısa müddətdə hazır olacaq. Ceyhun Allahverdiyevin sözlərinə görə, ən geci oktyabrın 22-də Elnarənin ölümünün səbəbi ilə bağlı yekun ekspertiza rəyi rəsmən açıqlanacaq".

Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin ilkin rəyində Elnarə Tofiqqızının ölümün səbəbi kimi həkimlərin məsuliyyətsizliyi göstərilib.

AzNews.az