Dilçilik İnstitutunun yeni strukturu təsdiqləndi

17 Oktyabr 2013 14:59 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun yeni strukturu təsdiqlənib.


AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Akademiyanın İctimai və Himanitar Elmlər Bölməsinin rəhbəri Kamal Abdulla Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, əvvəl olduğu kimi, institutun yenə də 10 şöbəsi olacaq. Yeni yaradılan şöbələr müasir tələblərə cavab verir.

Bununla yanaşı, Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradılıb.

İnstitutun şöbələrinə Müasir Azərbaycan dili, Dil tarixi və dialektologiya, Sosial linqvistika və dil siyasəti, Qədim dillər və mədəniyyətlər, Sosio-dilçilik və dil siyasəti, Nəzəri dilçilik, Hind-Avropa dilləri, Monitorinq, Kompüter dilçiliyi, Türk dilləri şöbəsi daxildir.(trend)

AzNews.az