Öldürülən polisin oğlu fəryad etdi

17 Oktyabr 2013 15:07 (UTC+04:00)
Qusarda silahlı basqın zamanı dünyasını dəyişən polis mayoru Qalib Quliyev bu gün günorta saatlarında Qubanın rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən Çiçi kəndində dəfn olunub.

Onun dəfn mərasimində Daxili İşlər Nazirliyinin nümayəndələri, şimal rayonlarının hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, iş yoldaşları və yerli sakinlər iştirak ediblər.

Qalib Quliyevin 10 yaşında Elvin və 12 yaşında Emin adlı iki oğlu var.
Atasının ölümü barədə danışarkən hər iki övladı göz yaşlarını saxlaya bilməyiblər. "O, mənim atam idi. Onu niyə öldürdülər? Alah onların cəzasını versin". Mərhumun kiçik oğlu belə deyib.(milli.az)


AzNews.az