Bakı Caz Festivalına hazırlaşır

17 Oktyabr 2013 15:27 (UTC+04:00)

Bakı Beynəlxalq Caz Festivalına hazırlaşır.

23 oktyabr-2 noyabr tarixlərində keçiriləcək festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a daxil olan məlumata görə, festivala dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər dəvət olunub. Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.

Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Bahar
AzNews.az