Yaponiyada fəlakət: 17 ölü, 50 itkin

17 Oktyabr 2013 15:30 (UTC+04:00)
50 nəfər itkin düşdü. Yaponiyada son illərin ən şiddətli qasırğası sayılan Wipha qasırğası 17 nəfərin ölümünə, 50 nəfərin itkin düşməsinə səbəb olub.

AzNews.az xəbər verir ki, güclü külək ağacları kökündən çıxarıb, aramsız yağan yağış isə torpaq sürüşməsinə səbəb olub.

Torpaq sürüşməsi nəticəsində 50 nəfər itkin düşüb, Tokio ətrafındakı Izu Oshima adasında 16 nəfər ölüb. Tokioda yaşlı bir qadın isə Yokohama Çayına düşərək həyatını itirib. Izu Oshima adasında 283, ümumilikdə isə 350 ev uçub, Yaponiya daxilində 20 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Hava limanlarında müxtəlif istiqamətlərə olan 500 beynəlxalq uçuş təxirə salınıb.

Elman
AzNews.az