Moldovalı ombudsman: “Orxan Zeynalovun şəxsiyyəti təhqir olunub”

17 Oktyabr 2013 15:32 (UTC+04:00)
"Həbs zamanı onun cinayəti törətdiyi məlum deyildi. Orxan Zeynalovla qeyri-etik davranılıb, şəxsiyyəti təhqir olunub".


Bunu Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu deyib. O bildirib ki, törətdiyi cinayətdən asılı olmayaq hüquq mühafizə orqanlarının vətəndaşla belə davranmağa ixtiyarı yoxdu.

Moldovalı ombudsman əlavə edib ki, insan günahı sübut olunana qədər günahsızdır. "Şübhəli şəxs kimi tutulsa belə, O. Zeynalova qarşı xüsusi qəddarlıq edilib. İnsanı təhqir etmək və döymək olmaz!".(lent.az)

AzNews.az