Baronessa Susan Azərbaycana gəlir

2 Avqust 2012 17:11 (UTC+04:00)

Dünya şöhrətli ingilis alimi Baronessa Susan Greenfield Azerbaycana gəlir. Səfər Azərbaycan Dövlət İqtisad Universitetinin dəvəti və Avrasiya Dialoq Mərkəzinin təşkilatçılığı ilə sontyabrın sonunda baş tutacaq. Baronessa Greenfield Oxford Universitetinin Linkoln Kollesinin direktoru, Edinburqun Heriot-Vatt Universitetinin rektoru, İngiltərə Kraliyyət İnstitunun isə ilk və yeganə qadın rəhbəridir. BBC kanalında xüsusi elmi verlişlərin müəllifi, İngiltərə Lordlar Palatasının üzvü olan Baronessa Greenfield, insan beyni ilə bağlı bir sıra məşhur elmi araşdırma kitablarının müəllifidir. Otuza yaxın Fəxri Doktorluğun, dünyanın ən qədim kitabxanası olan İsgəndəriyyə Kitabxanasının Himayədarlar Şurasının üzvü, Fransa Hökumətinin Çevalier Legion d Honneurin sahibidir. Səfər zamanı Baronessa Greenfield İqtisad Universitetində mühazirə oxuyacaq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Məclis, Diaspora Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitələrində görüşlər keçirəcək. O həmçinin cümlədən İsgəndəriyyə Kitabxanasının direktoru cənab İsmayıl Seragəldinlə Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş tədbirlərdə də iştirak edəcək.

Əminə

AzNews.az