Minik avtomobili yük avtomobili ilə toqquşdu

17 Oktyabr 2013 21:49 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda (Bakı-Qazax magistral avtomobil yolunun 85-ci kilometrliyində) "HONDA" markalı minik avtomobili və "FORD" markalı yük avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1 nəfər sərnişini çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzNews.az