Bəşar Əsədin generalı öldürüldü
18 Oktyabr 2013 07:43 (UTC+04:00)
Suriyada Bəşar Əsəd rejimi hərbi kəşfiyyatının yüksək rütbəli təmsilçisi general Cameh Cameh ölkənin şərqində Deyr əz-Zor əyalətində öldürülüb.
Bu haqda "əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.
İlkin məlumata əsasən, general üsyançılar tərəfindən öldürülüb.
Olayla bağlı ətraflı məlumat hələ ki verilməyib.
General Cameh 1976-2005-ci illərdə Suriya xüsusi xidmət orqanının zabiti kimi Livanda qulluq edib.
Onun adı Livanın baş naziri Rafiq Həririnin qətlində də hallanıb. 2005-ci ildə onu BMT müstəntiqlər sorğu-sual edib.(lent.az)
AzNews.az