Bu gecə ay tutulacaq
18 Oktyabr 2013 07:52 (UTC+04:00)
Cümədən şənbəyə keçən gecə Ay tutulması müşahidə olunacaq
Yer kürəsinin kölgəsi Ayın üzərinə düşəcək. Bu təbiət hadisəsi ən çox cənub yarımkürəsində müşahidə olunacaq.
Hadisə Bakı vaxtı ilə saat 02:48-də müşahidə olunacaq. Saat 4:50-də Ay tutulmasının aktiv fazası müşahidə olunacaq. 6:52-də isə Yerin kölgəsi Ayın üzərindən tamamilə çəkiləcək.(milli.az)
AzNews.az