Əli Kərimlinin oğlu azadlıqda

18 Oktyabr 2013 08:12 (UTC+04:00)
AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli oktyabrın 18-ə keçən gecə 25 sutkalıq müvəqqəti həbsdən azad edilib. AzNews.az xəbər verir ki, onu saxlandığı təcridxananın önündə dostları və AXCP fəalları qarşılayıb.

Xatırladaq ki, Türkel Kərimli Milli Şuranın sentyabrın 22-də keçirilmiş mitinqindən sonra iki dostu Ülvi Nuriyev və Coşqun Salahovla birgə saxlanılmışdı.

AzNews.az