Moskvada öldürülən gəncin ailəsi danışdı: “Onlara yazığımız gəlir” (VİDEO)

18 Oktyabr 2013 08:19 (UTC+04:00)



Moskvada Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinən Orxan Zeynalovla bağlı irəli sürülən yeni iddialara ilk dəfə öldürülən şəxsin ailəsindən cavab gəlib.

Qeyd edək ki, O.Zeynalovun bəzi tanışları mübahisənin borc məsələsindən qaynaqlandığını bildirib. AzNews.az xəbər verir ki, Yeqor Şerbakovun valideynləri NTV kanalına müsahibədə bildiriblər ki, bu versiyanın həqiqiliyinə inanmırlar: "Biz inanmırıq ki, oğlumuzun sevgilisi də Orxan Zeynalovu şəxsən tanıyıb. Ksenya ilə Yeqor evlənməyə hazırlaşırdılar, ilin sonuna qədər nikah bağlamaq istəyirdilər".


Şerbakovun ailəsi Zeynalovun ailəsi ilə görüş imkanını da istisna etməyib: "Əgər onlar danışmaq istəsələr, biz buna hazırıq".

Yeqor Şerbakovun atası Vladimir Orxan Zeynalovun ailəsinə yazığı gəldiyini bildirib: "Mənim onlara yazığım gəlir. Onlar oğul dünyaya gətiriblər, kişi böyüdüblər. O isə təkcə öz valideynlərini yox, Qafqazın bir çox xalqlarını pis vəziyyətə qoydu".

Yelena Şerbakova isə Orxan Zeynalovun ailəsini heç bir günahı olmadığını vurğulayıb: "Valideynlər günahkar deyil. Onlar axı ona tərbiyə veriblər. Onlar da başqaları kimi valideynlərdir. Dava eləmək, münasibətləri aydınlaşdırmaq olar, amma öldürmək olmaz axı".




Elnur
AzNews.az