Abbas Abbasovdan bayram təbriki

18 Oktyabr 2013 09:04 (UTC+04:00)
Baş nazirin keçmiş müavini Abbas Abbasov 18 oktyabr Müstəqillik günü ilə bağlı Azərbaycan xalqını təbirk edib. AzNews.az xəbər verir ki, Rusiyadakı Azərbaycan Milli-Mədəni Muxtariyyat adından yayılan təbrikdə ölkəmizin yeni dövr müstəqillik tarixinə diqqət yetirilir, bu yolda dəf edilən çətinliklərdən danışılır.

Azərbaycan və Rusiya arasında çoxəsirlik dostluq və tərəfdaşlıq əlaqələrinin davam edəcəyinə ümid etdiyini bildirən A.Abbasov təbrikini "Azərbaycan gələcəyə inamla baxır, onun gözəl perspektivi var. Əziz həmvətənlərim, hər birinizə can sağlığı, ailə xoşbəxtliyi, sülh arzulayıram. Müstəqillik gününüz mübarək" deyə yekunlaşdırıb.

Elnur
AzNews.az