Orxanı polisə Azərbaycan DİN-in keçmiş əməkdaşı təslim edib - ŞOK

18 Oktyabr 2013 09:59 (UTC+04:00)
Rusiyada Yeqor Şerbakovu öldürməkdə ittiham edilən Orxan Zeynalovu hüquq-mühafizə orqanlarına öz əmisi təslim edib. Bu barədə məlumatı "İzvestiya" qəzeti yazıb.

Məlumata görə, Azərbaycana qayıtmaq istəyən O.Zeynalovun yola düşməsinə qısa müddət qalan onun əmisi polislərə yaxınlaşıb. Azərbaycan Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olduğu deyilən həmin şəxs rusiyalı həmkarlarına Zeynalovu tutmağa yardımçı olmaq istədiyini bildirib.

Bu barədə danişan DİN-in Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəhbəri Aleksandr Bınenkonun sözlərinə görə, əməliyyatçılar ondan Zeynalova zəng etməyi və onu könüllü təslim olmağa razı salmağı təklif ediblər.

Zeynalov əmisi ilə uzun müddət telefonda danışıb. Zeynalovun çox danışan olması onun yerini müəyyən etməyə imkan verib.

Elnur
AzNews.az