BŞİH-dan Milli Şuranın mitinqi ilə bağlı növbəti açıqlama

18 Oktyabr 2013 10:37 (UTC+04:00)
Milli Şuradan Bakı Şəhər İcra Hakimiyyətinə bu günə qədər heç bir müraciət daxil olmayıb.


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov trend-ə bildirib ki, Milli Şuranın oktyabrın 20-ə təyin etdiyi mitinqlə bağlı bu saata qədər BŞİH-ə heç bir müraciət daxil olmayıb:

"Daxil olmayan sənədi necə cavablandırılması haqqında mən özümdə təsəvvür yarada bilmərəm. Yəni sənəd daxil olduqdan sonra, bu günə qədər başqa aksiyaların sənədləri daxil olduqda, təşkilatçılara da, KİV nümayəndələrinə də məlumat verilir və eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər hansı bir sənəd BŞİH-ə daxil olursa, sənədə baxılır və aidiyyatı üzrə cavab verilir. Yəni elə bir sənəd yoxdur ki, BŞİH-ə daxil olsun və cavablandırılmasın".

AzNews.az