Bakıda mənzildə rus qadınının meyiti aşkarlandı

18 Oktyabr 2013 11:56 (UTC+04:00)
Bakıda mənzildə 1924-cü il təvəllüdlü Topaeva Nadejda Dmitriyevnanın meyiti aşkarlanıb.


Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata əsasən, qurumun "112" qaynar telefon xəttinə şəhərin Yasamal rayonunda mənzildə bağlı qapı arxasında Topaeva Nadejda Dmitriyevnanın köməksiz vəziyyətdə qaldığı barədə zəng daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub. Mənzilə baxış keçirilərkən Topaeva Nadejda Dmitriyevna hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində N.Dmitriyevnanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

AzNews.az