Faiq Ağayev Moskvadakı ziyafətdən yazdı

18 Oktyabr 2013 12:43 (UTC+04:00)

Moskvada 18 oktyabr - Müstəqillik gününə həsr olunmuş ziyafət verilib. AzNews.az xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev özünün Facebook səhifəsində yazıb.

F.Ağayevin yazdığına görə, ziyafət Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub: "Bu axşam Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Moskvada təşkil edilən, Dövlət Müstəqilliyi gününə həsr olunmuş ziyafətdə, aparıcı və əsas sənətçi olaraq ansamblımla çıxış etdim. Bir daha musiqimizin möcüzəvi təsir gücünə malik olduğunun şahidi oldum. Rusiya, digər xarici ölkələrin siyasi və ictimai xadimlərinin, məşhur sənət adamlarının konsert zamanı açıq-aydın valeh olması məni qürürlandırdı. Fəxr edirəm ki, zəngin Azərbaycan incəsənətinin bir damlası, bir zərrəsiyəm".

Bahar
AzNews.az