Baldızı və rəfiqəsindən dəhşətli intiqam aldı

18 Oktyabr 2013 12:58 (UTC+04:00)
Avstriyada olduqca ilginc hadisə baş verib. 26 yaşlı Angela Maier adlı qadın hamiləliyi 3 dəfə pozulduqdan sonra başqalarından da qisas almağa çalışıb. O, bu məqsədlə baldızı və ən yaxın rəfiqəsinin hamilə olduğunu öyrəndikdən sonra plan hazırlayıb. Hər iki qadını zəhərləyərək hamiləliklərinin pozulmasına nail olan Angela hərəkətinin səbəbini qısqanclıqla izah edib: "Mənim uşağım ölmüşdü, onların da uşaqları elə olmalı idi".

Etdiyi hadisədən sonra məhkəmə qarşısına çıxarılan Angelanın planları barədə baldızı bunları danışıb: "Ondan bir stəkan su istədim. O da hamilələr üçün xüsusi içki olduğunu, özü hamilə olmadığından artıq bu içkiyə ehtiyacı qalmadığını dedi. Bu içkini içdikdən qısa müddət sonra uşağımı itirdim".

Məhkəmə qadının hərəkətini psixoloji səbəblərlə əlaqələndirib və 18 ay həbsə məhkum edib.

Elnur
AzNews.az