Ən sürətli telefon- iPhone 5S (Reytinq)

18 Oktyabr 2013 13:05 (UTC+04:00)
Nüfuzlu "Which?" texnosaytı ən çox satılan smartfonların yeni testini keçirib. Testlərin nəticələrinə görə, Apple korporasiyasının istehsalı olan iPhone 5S smartfonu çalışma sürətinə görə bütün rəqiblərini geridə qoyub.

Çoxnüvəli prosessora malik smartfonlar arasında iPhone 5S idarəetmə rahatlığı, taktil reaksiya və fon rejimində proqramların işə düşərək çalışması sürəti baxımından rəqibsizdir.

Bundan başqa, iPhone 5S-də "donma" və ya komandaların yerinə yetirilməsində ləngimələr qeydə alınmayıb.

"Dünyanın ən sürətli smartfonları" reytinqi belədir:

1. iPhone 5S
2. LG G2
3. Samsung Galaxy S4
4. HTC One
5. iPhone 5C
6. Samsung Galaxy S4 Mini
7. HTC One Mini (milli.az)

AzNews.az